Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında IV tur başa çatıb.
Prosport.Az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması bu turda Monteneqro üzərində qələbə qazanıb - 3:1. Hesabat turunda Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib - 3:1. Günay Məmmədzaylə Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.
