"Şəki" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi 23 yaşlı hücumçu Karl Conzu transfer edib.
2.08 metr boya malik oyunçu son olaraq ABŞ-də keçirilən Avrobasket Yay Liqasında "Los Anceles"də çıxış edib. İdmançı bu ilin mayında Las Veqas ştatının Nevada Universitetinin məzunu olub.
Qeyd edək ki, "Şəki" daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonla anlaşıb.

