Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası sonuncu yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 87:84.
Qeyd edək ki, daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalqiris" (62:94) klublarına uduzan "Sabah" Almaniya təmsilçisi "Rostok Sivulvz"a (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptuunas" (82:71) komandalarına qalib gəlib.
