Fransanın “Tuluza” klubu “Qarabağ”ın futbolçusu Juninyu ilə maraqlanır.
Prosport.Az xəbər verir ki, bu iddianı “Transfer Nabzı” X hesabı irəli sürüb.
Bildirilib ki, 27 yaşlı hücumçu Liqa 1 təmsilçisi ilə anlaşıb. Klub prezidenti Damyen Komolinin bu transferdə aktiv rol oynadığı bildirilib. Keçidin mövsümün sonunda rəsmiləşəcəyi vurğulanıb.
Qeyd edək ki, braziliyalı forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.