"Araz-Naxçıvan"dan ayrılan futzalçı Filipinyonun yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, braziliyalı oyunçu karyerasını Küveytdə davam etdirəcək.
Ötən mövsüm Azərbaycan çempionunun formasını geyinən oyunçu bu ölkənin "Küveyt" komandası ilə anlaşıb və yeni mövsümdən həmin klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Filipinyo başa çatan mövsümdə "Araz-Naxçıvan"ın heyətində Yüksək Liqanın qalibi olub. O, komandanın çempionluğunda pay sahibi olan futzalçılardan biri kimi yadda qalıb.

