Xorvatiya mətbuatı Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı vəziyyətini təhlil edib.
Prosport.Az xəbər verir ki, “Sporteke novosti” portalı başa çatan mövsümün ikinci yarısını Türkiyənin “Konyaspor” klubunda icarə əsasında keçirən Emrelinin Zaqreb klubundakı şansını dəyərləndirib:
“Konyaspor”da uğursuz olan digər hücum variantı Mahir Emreli də geri dönüb. O, Türkiyədə cəmi 2 qol vurdu, az oynadı. Amma Emrelinin Türkiyədəki problemlərini unudub, özünü baş məşqçi İqor Bişçana göstərmək şansı var”.
İqor Bişçan aprelin 6-da “Dinamo”ya baş məşqçi təyin edilib. Onun müqavilə müddəti bu ayın sonunda bitəcək.

