Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçiriləcək.
Prosport.Az xəbər verir ki,.az xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gələcək. Görüş Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.
Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.
Millətlər Liqası, "Dördlər finalı"
Yarımfinal
14 iyun
22:45. Niderland - Xorvatiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"
15 iyun
22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"De Qrolş Stadionu"

