"Liverpul"un əfsanəvi futbolçusu, 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərən Stiven Cerrardən yeni iş yeri müəyyənləşib.
Prosport.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttifaq"ın yeni baş məşqçisi olub. Müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, “Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatını 7-ci pillədə başa vurub.

