23 yaşadək futbolçulardan ibarət minifutbol üzrə milli komandanın baş məşqçi vəzifəsi Rəcəb Fərəczadəyə tapşırılıb.
Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəsis 7-10 oktyabr tarixlərində Xorvatiyada keçiriləcək dünya çempionatında (U-23) komandaya rəhbərlik edəcək.
Onun köməkçiləri sabiq futbolçular – Tural Nərimanov və Natiq Kərimi təyin olunub.
Qeyd edək ki, Rəcəb Fərəczadə futzal millimizin sabiq oyunçusu kimi Avropa çempionatlarında çıxış edib.
