Hamidu Keyta "Qarabağ"da ilk məşqinə çıxıb.
Prosport.Az xəbər verir ki, Fransalı futbolçu dünən Ağdam təmsilçisinin dünənki məşq prosesinə qatılıb.
Bir neçə gün öncə "Zirə"dən "Qarabağ"a keçən Hamidu Keyta ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı fransalı hücumçu 17 nömrəli formanı geyinəcək.
“Qarabağ” 2022/23 mövsümünə hazırlıq prosesinə hazırlığı birinci mərhələsini iyunun 22-dək Bakıda keçəcək. Komanda hazırlığın ikinci mərhələsi üçün isə Avstriyaya yollanacaq.

