Vinisius Juniorun “Real”da yeni forma nömrəsi məlum olub.
Prosport.az xəbər verir ki, braziliyalı futbolçu 7 nömrəni götürüb. Daha əvvəl bu nömrə altında “kral klubu”nu tərk edən Eden Azar çıxış edirdi.
Digər futbolçu Rodriqo isə Marko Asensionun gedişindən sonra boşalan 11 nömrəni götürüb.
Vinisius buna qədər komandada 20 nömrəli formada çıxış edirdi.

