“Sevilya”dan ayrılan İsko karyerasını İspaniyada davam etdirəcək.
Prosport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Rayo Valyekano" ilə razılaşıb. Transfer tezliklə rəsmi şəkildə açıqlanacaq.
2013-2022-ci illərdə “Real”da forma geyinən İsko 2022-ci ilin avqustundan dekabrına qədər “Sevilya”da çıxış edib.

