"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.
Prosport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Azər Məmmədov "sarı-göylər"in sükanı arxasında Tərlan Əhmədovu əvəzləyib.

