Ussem Aua karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Prosport.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Canavarlar" "Lion"la müqaviləsi başa çatan Ussem Auanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, "Roma"da 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Lion"un yetriməsi olan fransalı futbolçu 2017-ci ildən əsas komandada oynayır.

