"Sumqayıt" yeni qapıçı məşqçi axtarışındadır.
Prosport.Az-ın məlumatına görə, "kimyaçılar" daha əvvəl komanda bu vəzifədə çalışmış Etibar Tarıverdiyev ilə danışıqlar aparıb. Lakin təcrübəli mütəxəssislə razılıq əldə olunmayıb. Azərbaycanın U-15 və U-16 milli komandalarında çalışan mütəxəssis iş yerini dəyişmək istəməyib.
"Sumqayıt" məşqçilər korpusuna Anar Niftəliyevi cəlb etmək istəyir. "Zirə"dən ayrılmış qapıçı məşqçi ilə danışıqlar aparılır.
Qeyd edək ki, "Sumqayıt"da son olaraq qapıçı məşqçi Emin Babayev idi.

