"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin heyətində Nikaraqua ilə yoxlama matçında iştirak edib.
Prosport.az xəbər verir ki, o, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Roderik Miller 83-cü dəqiqədə qol vurub.
Görüş Panamanın 3:2 hesabı qələbəsi ilə nəticələnib.

