Avro-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan qarşılaşmasının (4:1) gedişində zədələnən Eddi İsrafilov heyətdən çıxarılıb.
Prosport.az xəbər verir ki, "Neftçi"nin futbolçusu millimizin martın 27-də İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək.
Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.

