Cənubi Koreya çempionatında 18-ci turun görüşləri baş tutub. Prosport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" "Qvanqju" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində meydana çıxan Anton sona qədər əvəz edilməyib. "Daejeon" 26 xalla 6-cı pillədədir.
Millimizin üzvü Cənubi Koreyada növbəti oyununa çıxıb

