"Rizespor"u çalışdıracaq məşqçinin adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı İlhan Palut çalışdıracaq. 46 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb. O, bu vəzifədə Bülent Korkmazı əvəz edib.
Qeyd edək ki, Türkiyə I Liqasını II pillədə başa vuran "Rizespor" yeni mövsümdə Super Liqada mübarizə aparacaq.

