AFFA U-16 liqasında mövsümə yekun vurulub.
Prosport.Az xəbər verir ki, finalda "Qarabağ" və "Neftçi"nin müvafiq yaş qrupu üzrə komandaları üz-üzə gəliblər.
3 qolun vurulduğu matçda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanaraq, çempion olub. "Qarabağ" isə mövsümü 2-ci yerdə başa vurub.
Matçdan sonra komandalara medallar təqdim olunub.
Qeyd edək ki, 2023/24 mövsümündə "Qarabağ"ın U-13, U-14, U-15 komandaları ölkə çempionu titulunu qazanıb.

