“Krasnodar”ın futbolçusu Kadi Borjesin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Prosport.Az xəbər verir ki, aprelin 24-də “Spartak”la oyunda başından xəsarət alan və huşunu itirən braziliyalı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Bu barədə Borjesin meneceri Elsio Alisk yerli mətbuata açıqlamasında deyib. O, Kadinin ÇSKA-ya qarşı iyunun 11-də keçiriləcək ölkə kubokunun finalında meydana çıxa biləcəyini deyib.
Qeyd edək ki, Kadi Borjes bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a 5 milyon avro transfer dəyəri ödənilməklə keçib.

