Fransa Futbol Federasiyasının (FFF) yeni prezidenti müəyyənləşib.
Prosport.Az.az xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb. Bu vəzifəni müvəqqəti olaraq icra edən Filip Diallo rəsmi şəkildə rəhbər təyin edilib. O, Baş Assambleyasının bu gün keçirilən iclasında 91,26% səs toplayıb. Filip 2024-cü ilədək federasiyaya rəhbərlik edəcək.
Qeyd edək ki, Fransa Futbol Federasiyasının keçmiş prezidenti Noel Le Qrey bu ilin əvvəlində istefaya göndərilib.

