Bu gün UEFA Çempionlar Liqasının finalında "Mançester Siti" "İnter"lə qarşılaşacaq.
Proport.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunda İngiltərə təmsilçisi "Mançester Siti" İstanbulda İtaliyanın "İnter" komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, "şəhərlilər" yarımfinalda iki oyunun cəminə görə "Real"a 5:1, "neradzurri" isə "Milan"a 3:0 hesabı ilə qalib gəlib.

