"Neftçi" istefaya göndərməyə hazırlaşdığı Laurentsiu Reqekampfa təzminat ödəməyəcək.
Prosport.Az xəbər verir ki, bu barədə romaniatv.net məlumat yayıb. Bildirilib ki, əvvəlcə rumıniyalı mütəxəssis Bakı təmsilçisindən 100 min avro təzminat istəyib. Ancaq sonradan tərəflər heç bir təzminat ödəməməklə bağlı razılığa gəliblər.
Reqekampfın Səudiyyə Ərəbistanının 2, Qətərin isə 1 klubundan təklif aldığı bildirilir.
Qeyd edək ki, 2022-ci ilin yayından "Neftçi"ni çalışdıran Lauirentsiu Reqekampfın Bakı klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

