"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası (U-16) Estoniyada keçirilən "Tallinn Cup"da mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, Rəşad Sadiqovun başçılıq etdiyi komanda ilk turda Latviya təmsilçisi “Auda” ilə görüşüb.
Komandamız rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim 2, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə 1 qol vurub.
II turda İsveç “Hesselbü”sü ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim dubl edib, Əli Əliyev və Sahib Aliyev hərəyə 1 dəfə fərqlənib.
Ağdam klubu Estoniyanın “NF Akademi” komandasını da məğlub edib – 2:1. Əli İbrahim turnirdə ardıcıl 3-cü dublunu gerçəkləşdirib. İlk 3 turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.
Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

