"Liverpul" ilə yollarını ayıran Nabi Keyta Bundesliqaya qayıdıb.
Prosport.Az xəbər verir ki, İngiltərə təmsilçisi ilə müqaviləsi başa çatan yarımmüdafiəçi "Verder"ə keçib. 28 yaşlı futbolçu yeni komandası ilə 2026-cı ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, Nabi Keyta "Liverpul"a digər Bundesliqa komandası "Leypsiq"dən transfer olunmuşdu.

