"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb.
Prosport.az xəbər verir ki, paytaxt təmsilçisi Turan Manafovla başa çatan müqaviləni yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi başa çatan mövsümdə "Səbail"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

