Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Qarabağ"ın məşqçilərinin çempionluq təəssüratı
    1.07.2024 18:23:53

    2023/2024 mövsümü həm "Qarabağ"ın əsas komandası, həm də Akademiyası üçün uğurlu keçdi. Klubun "Hədəf" qrupları sayılan 13, 14 və 15 yaşadək komandaları çempion olmağı bacardı.

    Prosport.Az hər üç komandanın baş məşqçisindən çempionluq barədə yekun təəssüratlarını öyrənib.

    Elşad Xudadatov ("Qarabağ"ın U-13 komandasının baş məşqçisi): "Sentyabrın 30-da yarışa başladıq. Paytaxt zonasında 17 komanda mübarizə aparırdı. İlk 16 oyundan sonra ilk "8-liy"i tutan komandalar II dövrəyə başladı. Burada isə pley-offa düşmək üçün çempionatı ilk "5-lik"də bitirimək lazım idi. Çempionatı lider kimi başa vurduq. Pley-offda isə "Turan Tovuz", "Metak" və "Vətən" komandalarını məğlub edib, finala yüksəldik. Finalda "Neftçi" ilə oyunumuz çox əzmkar alındı. Düzdür, "Neftçi" oyuna aktiv başladı. Ancaq bizim futbolçumuz İbrahim Rza qol vurduqdan sonra uşaqlar aktivləşdi. Demək olar ki, mübarizəli oyun getdi. Sonda biz qalib gəldik. "Neftçi" 2-ci olsa da, onları da gözəl oyuna görə təbrik edirəm. Hər iki komandada gələcəkdə millidə yer alacaq futbolçular var. Belə oyunların futbolumuza xeyri var".

    Asif Əlizadə ("Qarabağ"ın U-14 komandasının baş məşqçisi): "Sabah"la ilk oyunda 1:1 qeydə alınsa da, 2-ci matçda 0:1 məğlub olmuşduq. Finalda isə uşaqlarda həyəcan vardı. İlk hissənin ilk 10 dəqiqəsini bizim uşaqlar daha yaxşı çıxış etdi, epizodlarımız oldu. 2-ci hissədə isə komanda şəklində oyun göstərdik və nəticəsini də gördük. Oyun baxımından qol epizodlarımız bizdə daha çox oldu. Sadəcə, onlardan düzgün yararlana bilmədik. "Sabah"da individual oyunçular daha çox idi. Amma biz komanda şəklində onlardan güclü çıxış etdik. İl boyu çox əziyyət çəkdik. Əziyyət ötən mövsüm 9/9-a oynayırdılarsa, bu mövsümdən 11/11-ə çıxış etmələri ilə bağlı idi. Heç vaxt bu komanda pley-offa çıxa bilməmişdi. Amma bu il pley-offa çıxıb, çempion da oldular. Belarusda da çempion ola bilmişdilər. Türkiyədəki turnirin 1/4 finalında isə hakim ədalətsizliyi oldu, bizim penaltimiz verilmədi, ofsayddan bizə qollar vuruldu. Amma orada da yaxşı çıxış etmişdik. Bu uşaqlardan ümidimiz var ki, gələcəkdə "Qarabağ"da və millimizdə çıxış edə bilər. Bu komanda il ərzində cəmi 3 oyun uduzub: Bakıda "Sabah"a, Minskdə qrup mərhələsində BATE-yə və Antalyada 1/4 finalda "Hatay Altıngənçliy"ə məğlub olublar. Düzdür, nəticə o qədər də önəmli deyildi. Ancaq finala çıxmışdılarsa, niyə də çempion olmamalıydılar ki?!"

    Vüqar Əsgərli ("Qarabağ"ın U-13 komandasının baş məşqçisi): "Çempionluq uşaqlar üçün xüsusi əlavə sevinc verir və onların futbola yanaşması baxımından da işlərinə ciddi yanaşmağa məcbur edir. Çempionluq akademiyada yalnız məşqçinin işi deyil. Bu təyin olunmuş istiqamətlə müəyyən məqsədə çata bilərik. Sevindirici haldır ki, həmin istiqamətlə uğurlu nəticə əldə edə bildik. Uşaqlar hamısı belə istəklə, ciddi davam etsələr, gələcəkdə yüksək səviyyəli futbolçu ola bilər və əsas komandaya yüksələ bilərlər. Əsas rəqibimiz deyə anlayışı qəbul etmirəm. Bizim üçün yalnız rəqib var və hamısı bizim üçün əsas rəqib idi. Təbii ki, böyük futbolla uşaq futbolunda fərq var. Adaptasiya ilə bağlı hansısa problem yaşamadım. Peşəkar kimi işimə necə yanaşmaq lazım olduğunu bilirəm və buna görə hansısa çətinlik çəkmirəm. U-15 Liqasını o biri liqalardan fərqləndirən cəhət uşaqlarin keçid dövründə olmaqlarıdır. Mənim üçün hər şey yaxşı, həm də maraqlı keçdi".

    Səbuhi Musa

    Akademiya

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Futbol

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Futbol

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Futbol

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Futbol

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Futbol

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved