Ölkə çempionluğunu son turda rəsmiləşdirən Almaniyanın "Bayern" klubu mövsüm bitər-bitməz transfer çalışmalarına başlayıb.
Prosport.Az xəbər verir ki, Münxen klubu "Leyptsiq"lə müqaviləsi başa çatan Konrad Laymerin keçidini rəsmiləşdirib.
O, yeni komandası ilə 2027-ci ilədək müqavilə imzalayıb.

