"Real Madrid" klubunun sabiq çalışdırıcısı Zinəddin Zidan PSJ-ni çalışdırmaqdan növbəti dəfə imtina edib.
Prosport.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat verib. Əlcəzair əsilli Fransalı mütəxəssis PSJ klubunun ona yüksək maaş təklif etməsinə rəğmən bu klubu çalışdırmaqdan imtina edib.
Qeyd edək ki 50 yaşlı mütəxəssis 2 ildir işsizdir.

