"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante yeni mövsümdən etibarən Səudiyyə Ərəbistanı çempionatında top qovacaq.
Prosport.Az xəbər verir ki, Fransalı yarımmüdafiəçi yeni klubu "Əl İttihad" ilə 2+1 illik müqaviləyə qol çəkib. Kantenin yeni komandasındakı illik məvacibi isə 100 milyon avro olacağı deyilir. Xatırladaq ki, "Əl İttihad" bir neçə gün öncə azad agent statusu ilə "Real Madrid"in ulduz futbolçusu Kərim Benzemanı heyətinə cəlb etmişdir.

