Paytaxt klubu "Səbail" Franko Mazurek, Ruslan Hacıyev, Qustavo De Fransa, Emil Martınov, Luqava Krizito, Qoba Zakpa, Pyotr Stasyuk və Mirabdulla Abbasovun ardından daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Söhbət ötən mövsüm komandaya cəlb olunmuş Nihad Qurbanlıdan gedir.
Prosport.Az xəbər verir ki "Səbail" klubu mövsümün sonunda müqaviləsi başa çatan Nihad Qurbanlının müqaviləsini yeniləməməyə qərar verib. Xatırladaq ki, Nihad bu mövsüm "Səbail" forması ilə çıxdığı 15 oyunda 1 dəfə rəqib qapısına yol tapmağa müvəffəq olmuşdur.

