Türkiyə Superliqasının son turunda həmyerlimiz Mahir Emrelinin şərəfini qoruduğu "Konyaspor" "Beşiktaş"ın qonağı olub.
Prosport.Az xəbər verir ki, Mahir oyuna ikinci hissə başlarkən daxil olub. Milimizin futbolçusuna "Beşiktaş"ın qapısına yol tapmaq üçün 1 dəqiqə (47-ci dəqiqə) bəs edib.
Qeyd edək ki, görüş 3:3 hesablı məhsuldar bərabərliklə yekunlaşıb. Bu büdrəmədən sonra "Beşiktaş" gümüş medalları əldən verib.

