Azərbaycanın futbol klubu "Sumqayıt" daha 1 qapıçını heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, "kimyaçılar" 30 yaşlı Orxan Sadıqlını heyətinə qatıb. "Kəpəz"dən "Sumqayıt"a üz tutan Orxan yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, bir neçə gün öncə "Sumqayıt" Zirə"dən Mehdi Cənnətovu öz heyətinə cəlb etmişdir.

