Bu gün UEFA Avropa Konfrans Liqasının finalında "Vest Hem" və "Fyorentina" komandaları üz-üzə gələcək.
Prosport.Az xəbər verir ki, oyundan öndə UEFA-nın rəsmi saytına danışan "Vest Hem"in yarımmüdafiəçisi Carod Bouen qəribə hisslər keçirdiyini deyib:
"Finalda oynamaq heyrətamiz hissdir. Final görüşünə çoxlu sayda azarkeş gələcək. Özümüz sevdiklərimiz və azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirik".
Xatırladaq ki, final matçı Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Karlos Del Sero idarə edəcək.

