Latviya millisinin sabiq futbolçusu Gintz Freymanis 38 yaşında vəfat edib.
Prosport.Az xəbər verir ki, bunun səbəbi keçmiş yarımmüdafiəçinin xərçəng xəstəliyindən əziyyət çəkməsi olub. Freymanisə 2021-ci ildə melanoma diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, Gints 2014 - 2018-ci illərdə Latviya millisinin üzvü olub. O, yığmada 1 qola imza atıb. Freymanis ölkəsində bir çox klubun formaını geyinib.

