Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, yığma İtaliya kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizdən qolları Rəvan Kərimov (20) və Mirmehdi Rzayev (45) rəqib qapısından keçirib.
Azərbaycan millisi ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3.
Qeyd edək ki, komandamız sabah Fransa ilə qarşılaşacaq.
10:41
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, yığma İtaliya kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3.
Qeyd edək ki, komandamız sabah Fransa ilə qarşılaşacaq.