Minifutbol millimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatına inamlı qələbə ilə start verib.
Prosport.Az xəbər verir ki, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığmamız 3:0 hesablı qələbə qazanıb.
Yığmanın heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, Elşad Quliyevin yetirmələri sabah İtaliya, bundan 1 gün sonra Fransa yığması ilə üz-üzə gələcək.