"Səbail"in baş məşqçisi Şahin Diniyev komandanın kapitanı Ağabala Ramazanovla bağlı qərarını verib.
Prosport.Az xəbər verir ki, rəhbərliklə söhbət zamanı Diniyev 30 yaşlı hücumçunun xidmətində maraqlı olduğunu deyib.
Bu isə o deməkdir ki, Ramazanov azı daha 1 mövsüm "dənizçilər"in formasını geyinəcək.
"Səbail"ə ötən ilin yayında "Zirə"dən gələn Ağabala Ramazanov son mövsümdə 23 çempionat matçına çıxaraq 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 3 qarşılaşmada forma geyinən ön xətt oyunçusu 2 dəfə komanda yoldaşlarına assistentlik edib.

