Gəncənin "Kəpəz" komandası müqavilələri başa çatan hücumçu Salif Sisse və qapıçı Mario Mustapiç ilə yeni sazişə qol çəkməməyə qərar verib.
Prosport.Az xəbər verir ki, son mövsümdə 13 oyunda forma şansı alan Salif Sisse 1 dəfə fərqlənib. Mario Mustapiç isə çıxdığı 9 oyunda qapısında 12 qol görüb.

