Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb və Tailanda yola düşüb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
Forvard birgə keçirdikləri vaxta görə "köhlən atlar"a təşəkkürünü bildirib: "Belə böyük ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı və dar günlərdə mənim qeydimə qalan və kömək edən bütün klub üzvlərinə minnətdaram. Hər şeyə görə çox sağ olun, sizin üçün darıxacağam!".
Artıq futbolçu Tailandda olduğunu bildirən paylaşım da edib.
Qeyd edək ki, Ramil Şeydayevin Tailandın son çempionu "Buriram Yunayted"lə anlaşdığı bildirilir.

