"Səbail" “Kəpəz”dən ayrılan Yusif Nəbiyevi heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Gəncə klubu ilə müqavilə müddəti başa çatan Nəbiyev "Səbail"lə 1 illik anlaşmaya qol çəkib. Bu, "Səbail"in ilk rəsmi transferidir.
Qeyd edək ki, "Səbail" daha əvvəl müdafiəçi Vüqar Həsənovla müqavilə müddətini uzatmışdı.

