“Neftçi” PFK qapıçı İvan Brkiçlə müqavilənin müddətini artırıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, ötən ilin yanvarından “Neftçi”də çıxış edən İvan Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.

