“Sumqayıt”da daha 2 ayrılıq baş verib.
Prosport.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu dəfə də yerli futbolçularla vidalaşıb.
Bunlar yarımmüdafiəçilər – Rüfət Abdullazadə və Süleyman Əhmədovdur. Sonuncu oyunçu sosial şəbəkə vasitəsilə klubla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, buna qədər “Sumqayıt”ın qapıçısı Aydın Bayramov “Turan Tovuz”la anlaşıb.

