Dünən Madrid "Real"ından ayrılan ulduz futbolçu Kərim Benzemanın yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, 14 il Kral klubunun uğurları üçün tər tökən Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun sərfəli təklifini qəbul etmək qərarına gəlib.
35 yaşlı Əlcəzair ərəbi olan hücumçunun yeni klubunda 2 il ərzində 200 milyon avro qazanacağı məlum olub.
Qeyd edək ki, hazırda ulduz futbolçulardan "Real"ın digər sabiq üzvü Kriştianu Ronaldu da Səudiyyə Ərəbistanında çıxış edir.

