"Turan Tovuz" klubu Ayxan Hüseynov ilə olan müqavilə müddətini daha 1 il müddətinə artırıb.
Prosport.Az xəbər verir ki, bu il Tovuz təmsilçisi ilə müqaviləsi başa çatan Ayxan yeni müqaviləyə əsasən daha bir mövsüm bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, "Turan Tovuz" iki qapıçısı Kamal Bayramov və Tərlan Əhmədli ilə yeni müqavilə imzalamışdı.

