UEFA Regionlar Kubokunda Azərbaycanı təmsil edəcək komandanın adı bilinib.
Prosport.Az xəbər verir ki, bu, FIFA meneceri Kamil Məmmədovun rəhbəri olduğu "Qusar" komandası olub.
"Qusar" bu gün Region Liqasının Tovuzda keçirilən final görüşündə Zəngilanın "Çinar" komandasını 2:0 hesabı ilə məğlub edib. Qeybulla Qacayev 19 və Sərxan Ağayev 51-ci dəqiqədə qolları vurub.
Qeyd edək ki, ötən il Region Liqasının qalibi indi "Şamaxı"nın baş məşqçisi işləyən Cavid Hüseynovun çalışdırdığı "Cəbrayıl" komandası olub.

