"Turan Tovuz"un əsas komandasının yay hazırlıq planı bəlli olub.
Prosport.Az xəbər verir ki, iyunun 30-da hazırlığın ilk mərhələsi üçün Bakıda bir araya gələcək "Turan Tovuz" iyulun 13-də Türkiyəyə yola düşəcək.
Təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən "Cam" hotelində məskunlaşacaq komanda ayın 28-ə dək hazırlığını orada davam etdirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda daha sonra klub tərəfindən əlavə məlumat veriləcək.

