Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Prosport.Az xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8 finalda U-22-lərin Avropa mükafatçısı Lusine Qevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan 39 yaşlı ikiqat Avropa çempionu Sevda Asenova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş sabah olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.