Yeni mövsümdən etibarən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini gücləndirmək üçün transfer çalışmalarına başlayıb.
Prosport.Az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılan Hamidu Keyta Ağdam klubu ilə 3 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 28 yaşlı Hamidu Keyta bu mövsüm "Zirə"nin heyətində çıxdığı 32 oyunda 8 dəfə rəqib qapısına yol tapmağa müvəffəq olub.